Jaba “Bakı”dan ayrılır
06.04.2010 - 09:01
“Bakı” klubunun braziliyalı futbolçusu Silvinyo Joao de Karvalyo Azərbaycanı tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu karyerasını yenidən Türkiyədə davam etdirmək fikrindədir.
Türkiyə mətbuatı “Bakı”ya qədər “Ankaragücü” və “Ankaraspor” klublarında oynamış Jaba ləqəbli futbolçunun artıq bir neçə türk komandasından təklif aldığını iddia edir. Həmkarlarımızın fikrincə, ölkəmizdən gələn dəvəti tələsik qəbul edən cənubi amerikalının özü də artıq ikinci vətəni saydığı Türkiyəyə can atır. Lakin Jaba Azərbaycanı Premyer Liqanın bombardiri kimi tərk etmək arzusundadır.
Qeyd edək ki, hazırda hesabında 9 qol olan Jaba bombardirlər yarışının liderləri Adrian Neaqa və Anatoli Doroşdan cəmi 2 top geri qalır.

0
0