Ərdoğan: AVRO-2016 Türkiyədə keçirilərsə...
09.04.2010 - 15:56
Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan UEFA-nın AVRO-2016-ya ev sahibliyi etmək hüququnu ölkəsinə verəcəyi halda, yarışın yüksək səviyyədə təşkilinə söz verib. Apasport.az saytının məlumatına görə, baş nazir bildirib ki, Avropanın ən güclü ölkələrinin qitə çempionatının Türkiyədə keçirilməsi üçün lazım olandan da artığını etməyə hazırdırlar.
O, Avropa çempionatının Türkiyədə keçiriləcəyi halda, yeni tarixin yazılacağını vurğulayıb. Ərdoğanın fikrincə, UEFA yarışı İstanbula etibar edərsə, Avropa birinciliyi ilk dəfə iki qitədə - Avropa və Asiyada təşkil olunacaq.
Qeyd edək ki, baş nazir bunları Türkiyəyə səfər edən UEFA-nın İdarə Heyətinin üzvü Gilberto Madaillə görüşündə bildirib. Görüşdə, həmçinin 6 yeni şəhərciyin inşa edilməsi və 920 milyon avroluq zəmanətlə bağlı sənəd imzalanıb.
Sonda Rəcəb Tayyub Ərdoğan ötən il Ermənistan və Türkiyə arasında keçirilən oyundan misal da çəkib: “Sentyabrda Ermənistan yığmasını Bursada qəbul edərkən oyunu dostum Mişel Platini ilə birlikdə izlədik. Bu hadisə Avropa çempionatında mədəniyyətləri birləşdirəcək çox mühüm bir barışıq hücumu idi”.

0
0