Yığmamızın futbolçusu: Qapımızı döyən yoxdur - FOTO
10.04.2010 - 23:01
“Ölkədən kənarda oynamaq ən böyük arzularımdan biridir. Əgər ciddi təklif olsa, Azərbaycanda qalmaram. Düzdür, ordan-burdan eşidirəm ki, bu və ya digər klub mənimlə maraqlanır. Amma hələ ki, qapımızı döyən yoxdur. İnşallah, təklif gələcəyi halda, “Qarabağ”la məsləhətləşib dəyərləndirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.
22 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkə xaricində təklif almayacağı təqdirdə, “Qarabağ”da qalacaq: “Burada futbolçular arasında yaxşı münasibət var. Düzü, mən heç yerdə belə kollektiv görməmişəm. Son oyunlardakı uğursuz nəticələr bizim münasibətlərimizə mənfi təsir göstərməyib. Bunu tam səmimi deyirəm. Uğur qazanmağı bacardığımız kimi, uğursuzluqdan da qurtulmağın öhdəsindən gəlməliyik. Komanda ilə müqaviləmin müddəti yayda başa çatacaq. Ölkə xaricinə getmək variantım alınmasa, “Qarabağ”da böyük məmnuniyyətlə qalaram”.
Xatırladaq ki, Elvin Məmmədov Tovuz futbol məktəbinin yetirməsidir. 22 yaşlı yarımmüdafiəçi "Qarabağ"dan öncə "Turan"da (Tovuz) və "İnter"də (Bakı) çıxış edib.

0
0