“Bakı” müqavilə üçün növbəti həftəni gözləyir
10.04.2010 - 23:04
“Bakı” müqavilə üçün növbəti həftəni gözləyir
"Türkiyədən yeni qayıtmışam. Səfər zamanı keçmiş baş məşqçi Bülənt Korkmazla görüşməyi nəzərdə tutmuşdum. Amma qrafikin sıxlığı ilə əlaqədar olaraq, bu görüş baş tutmadı". Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı"nın türkiyəli vitse-prezidenti Tunc Afşar deyib.

Yenə səfərə hazırlaşdığını bildirən Afşar bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" oyunundan sonra İtaliya səfərinin dəqiq tarixinin müəyyənləşəcəyini deyib: “Bildiyiniz kimi, bu yaxınlarda İtaliyanın "Parma" klubu ilə əməkdaşlığı müzakirə etmişik. Böyük ehtimalla gələn həftə İtaliyaya gedib rəsmi müqavilə imzalayacağıq. Səfər bir qədər təxirə də salına bilər. Amma biz "Parma" ilə münasibətləri bu ay mütləq rəsmiləşdirəcəyik".

Xatırladaq ki, "Bakı" "Parma"dan öncə "Anderlext"lə (Belçika) müqavilə bağlayıb.