“Azərbaycana gəlişimin məqsədi ondan ibarətdir ki...” - MÜSAHİBƏ
10.04.2010 - 23:07
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə potensial namizəd olan almaniyalı mütəxəssis Silviya Raytın apasport.az saytına müsahibəsi
- Azərbaycan qadın futbolu haqqında nə bilirsiniz?
- Elə də geniş məlumata malik deyiləm. Bilirəm ki, burada qadın futbolunun inkişafına böyük diqqət göstərilir və inkişafı istiqamətində mühüm işlər görülür. Gəlişimin məqsədi ondan ibarətdir ki, qadın futbolunun hazırkı vəziyyətinin hansı səviyyədə olduğunu öyrənim. Sabah qadınlardan ibarət milli komandanın məşqini izləyəcəyəm.
- Necə oldu ki, belə bir variant ortaya çıxdı. Ümumiyyətlə, sizə Azərbaycanda işləmək təklifi kimdən gəlib. Deyilənə görə, milli komandamızın baş məşqçisi Berti Foqts sizi məsləhət görüb...
- Almaniya Futbol İttifaqı ilə yaxın münasibətim var. Bütün dünyanı gəzirəm, qadın futbolunun inkişafının necə getdiyini araşdırıram. Buraya gəlişim də Almaniya Futbol İttifaqı ilə AFFA arasındakı əməkdaşlığın rolu olub.
- Azərbaycanda qadınlar arasında ölkə çempionatının keçirilməməsi gələcək işinizə nə kimi mənfi təsiri ola bilər?
- Bu çox ciddi məsələdir. Qadınlar arasında Azərbaycan çempionatı yaradılmalıdır. Onlar mütəmadi olaraq oynayaraq, oyunların vacibliyini hiss etməlidirlər. Yoxsa bu qadın futbolunun inkişafının ləngiməsinə səbəb olacaq.
- Fevralın əvvəlində Renato Linqor ölkəmizə təşrif buyuraraq qadın futbolundakı mövcud vəziyyətlə tanış olmuşdu. Ölkəmizə gəlmədən əvvəl onunla qadın futbolumuzdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmısınızmı?
- Bəli, Bakıya gəlməzdən əvvəl Renato Linqor ilə telefon vasitəsilə əlaqə saxladım. Ondan Azərbaycan qadın futbolu haqda məlumat aldım. O futbolunuz haqda müsbət fikirlər səsləndirdi. Həmçinin, qonaqpərvər insanlar olduğunuzu dedi. Azərbaycan qadın futbolunun inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirdi.

0
0