Vladimir Mazyar: “Simurq”a qol vuranda, ürəkdən sevinmədim
10.04.2010 - 23:10
“Qələbə qazanmaqdan başqa çarəmiz yox idi. Son turlarda yaxşı oynayaraq qələbə qazanıb, vəziyyətimizi bir qədər yaxşılaşdırdıq. Bu oyunda keçmiş komandama qarşı qol vurmaq istəyirdim. Sağ olsun komanda yoldaşlarım, fərqlənməyim üçün şans yaratdılar. Mən də bu fürsətdən maksimum istifadə etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Vladimir Mazyar deyib.
Unibank Premyer Liqasının XXVII turunda “Standard” – “Simurq” qarşılaşmasında sabiq komandasının cəzalandıran ukraynalı hücumçu qol vurduqdan sonra sevinməməsinə aydınlıq gətirib: “Çünki “Simurq” əvvəlki komandam olub. Orada yaxşı-pis günlər keçirmişəm. Keçmiş komandama qol vursam da, nədənsə sevinmək ürəyimdən gəlmədi. Ona görə də qoldan sonra sevinmədim”.

0
0