Zaur Məmmədov: Qyoko Hacıyevskinin baş məşqçi olmaq şansı çoxdur
10.04.2010 - 23:14
“Bir ay idi ki, Qyoko Hacıyevski ilə çalışmaq məsələsi gündəmdə idi. Onun hazırda ölkəmizdə olması ondan xəbər verir ki, yeni komanda formalaşdırır. Baş məşqçi olacaq-olmayacaq o gələcəyin işidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Komandasının “Standard“la Sumqayıtdakı oyununu izləyən Zaur Məmmədov görüş başa çatmamış stadionu tərk edib. O, mayda müqaviləsi başa çatacaq Roman Pokoranın yerinə ən real namizədin makedoniyalı mütəxəssis olduğunu bildirib: “Bizim Roman Pokora ilə mayın sonunadək müqaviləmiz var. Hacıyevskinin baş məşqçi olmaq şansı yüksəkdir. Növbəti mövsümün hazırlığını görürük. Əsas məqsədimiz medallar uğrunda mübarizə aparacaq komanda formalaşdırmaqdır”.

0
0