Vaqif Cavadov “Herenven” üzərində qələbəyə sevindi
10.04.2010 - 23:08
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” Hollandiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, 31-ci tur çərçivəsində öz meydanında “Herenven”i qəbul edən Enshede təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Cavadovun yenə oynamadığı qarşılaşmada komanda yoldaşlarından İsmael Çeliklə de Yonq fərqlənib.
Bu qələbədən sonra “Tvente” 80 xalla liderdir. Bir oyun az keçirən “Ayaks” həmyerlimizin komandasından 7 xal geri qalır.
Bu qələbədən sonra “Tvente” 80 xalla liderdir. Bir oyun az keçirən “Ayaks” həmyerlimizin komandasından 7 xal geri qalır.
0
0