“Qarabağ” – “Neftçi” matçında dava
11.04.2010 - 15:35
Dünən Unibank Premyer Liqasının XXVII turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Neftçi” oyunundan öncə qalmaqal yaranıb. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın baş tutduğu Quzanlı Olimpiya Kompleksinin stadionunun VİP lojasında xoşagəlməz hadisə yaşanıb.
Belə ki, “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl əzəli rəqiblərin görüşünü izləmək üçün VİP lojada özünə yer tapmayıb. Ayaq üstə qalmaq istəməyən Çəlikəl VİP-də oturanlardan birinin yerindən durmasını tələb edib.
Deyilənlərə görə, həmin şəxs Quzanlı Olimpiya Kompleksinin direktorunun oğlu olub. O, Çəlikəlin sözlərini rədd etdikdən sonra aralarında əlbəyaxa döyüş yaranıb. Bu zaman VİP-də Ağdam rayonunun və “Neftçi” klubunun rəhbərliyi də olub. Onlar qalmaqalçıları sakitləşdirə bilmədiyindən hadisəyə polis müdaxilə edib.
Hüquq mühafizə əməkdaşları Çəlikəli və direktor oğlunu Polis Şöbəsinə aparıb. Amma az keçməmiş “Qarabağ” rəsmisi geri qayıtsa da, qalmaqalın digər iştirakçısı stadionda görünməyib.

0
0