Tofiq Mustafayev: “Bakı” elə komandadır ki...
11.04.2010 - 17:37
Tofiq Mustafayev: “Bakı” elə komandadır ki...
“Qarşılaşmanın gərgin keçəcəyini bilirdik. “Bakı” bir komandadır ki, həm özü yaxşı oynayır, həm də rəqibə oynamağa imkan verir”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər-Lənkəran” klubunun məşqçisi Tofiq Mustafayev deyib.

Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Bakı”nın qonağı oldu. Son dəqiqədə buraxılan qolla məğlub olan lənkəranlıların çalışdırıcı bildirib ki, komandasından narazı qalıb: “Bakı” bu gün meydanın mərkəzində pressinq edərək, oynamağımıza imkan vermədi. Komandamızın lider futbolçuları isə öz imkanlarından aşağı səviyyədə oynadılar. Onlardan narazı qaldım”.

Qeyd edək ki, “Bakı” – “Xəzər-Lənkəran” görüşündə meydan sahibləri qələbə qazanıb – 1:0.