“Bu, futbolçularda psixoloji gərginlik yarada bilərdi”
11.04.2010 - 17:46
“Oyun çox gərgin keçdi. Hər iki komanda meydanın hər qarışı uğrunda mübarizə aparırdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev deyib.
Unibank Premyer Liqasının XXVII turunda “Xəzər-Lənkəran” üzərində qazanılan (1:0) hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında Yaqubəliyev bildirib ki, 3 xal mövsümün sonunda çox lazım olacaq: “Bilirdik ki qazanılan xallar mövsümün sonunda bizə lazım olacaq, böyük əhəmiyyət kəsb edəcək. Son vaxtlar yaxşı oynasaq da qələbə qazana bilmirdik. Bu da futbolçularda müəyyən psixoloji gərginlik yarada bilərdi. Bunu nəzərə alıb bu istiqamətdə iş apardıq. Əvvəllər çox vəziyyət yarada bilsək də, qol vura bilmirdik. Amma bu dəfə belə olmadı”.

0
0