Xalidu Sissoko yanılmadı
11.04.2010 - 23:07
Xalidu Sissoko yanılmadı
“Çətin qarşılaşma olacağını bilirdik. Ona görə də “Xəzər-Lənkəran”la oyuna yaxşı hazırlaşmışdıq. Əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun seneqallı qapıçısı Xalidu Sissoko deyib.

Bütün görüşlərdə əzmkarlıq nümayiş etdirdiklərini deyən təcrübəli qolkiper bunun nəticəsini “Xəzər-Lənkəran”la oyunda gördüklərini bildirib: “Əslində, bütün oyunlarda əzmkarlıq nümayiş etdirirdik, ancaq nəticə qazana bilmirdik. Sevindirici haldır ki, bu dəfə yaxşı oynayıb, son dəqiqələrdə də olsa qələbə topunu vura bildik”.

32 yaşlı qapıçısı komandasının “Xəzər-Lənkəran”la oyunda qələbə qazanacağına əmin olduğunu deyərək, azarkeşlərə təşəkkür edib: “Yüz faiz əmin idim ki, qələbə qazanacağıq. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Stadionda əla atmosfer yaratmışdılar”.