Bülənt Korkmaz yeni vəzifədə
12.04.2010 - 09:22
Ötən ay “Bakı” klubunun baş məşqçi postundan istefa verən Bülənt Korkmaz yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, buna türkiyəli mütəxəssisin yeni ampluasındakı çıxışı səbəb olub.
O, vaxtilə çalışdırdığı “Bursaspor” klubunun sabiq futbolçusu, hazırda Türkiyə Futbol Federasiyasında çalışan Sinan Bürün dəvətini müsbət dəyərləndirməyə məcbur olub. Korkmaz federasiya rəsmisinin oğlu Sinan Bürlə Sinəm Çətinin toy məclisində məsul “vəzifə”də olub. Ona “Bursaspor”un indiki baş məşqçisi Ərtoğrul Sağlamla birlikdə şahidlik etmək tapşırılıb. “Kroun Plaza” otelində baş direktor müavini çalışan Uğurun nigahı da elə bu məkanda bağlanılıb.

0
0