Almanlar milli komandamıza qol vura bilmədi
12.04.2010 - 09:28
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışı çərçivəsində ilk sınağına çıxıb. Futbolçularımız “Unterxahinq” klubu ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
0
0