Berti Foqts jurnalistləri unutmadı
12.04.2010 - 09:34
Berti Foqts jurnalistləri unutmadı
Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqçi olacaq. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, aprelin 15-dək təlim-məşq toplanışı keçirəcək yığmamız bu gündən hazırlıqlara başlayıb.

Millimiz Bakıda baş tutan hazırlıq prosesi ərzində hər gün 2 dəfə məşq edəcək. Berti Foqtsun hazırlıq planında mətbuat üçün açıq məşq də nəzərdə tutulub. Belə ki, aprelin 14-də, saat 11:20-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq hazırlıqlar media nümayəndələrinin gözü qarşısında gerçəkləşəcək.