Bakı “İnter”inin futbolçuları Londona Essyenlə görüşə gedirlər
12.04.2010 - 12:30
Bakının “İnter” klubunun futbolçuları Andrey Rubinlə Girts Karlson İngiltərədə oynamaq imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, onların daim dəvət aldığı Latviya millisi növbəti yoldaşlıq oyununu məhz “Dumanlı Albion”da keçirəcək.
Belə ki, Aleksandr Starkovun yetirmələri üçün hazırlıq məqsədilə Qana yığması ilə görüşmək haqda razılıq əldə edilib. Anlaşmaya əsasən, afrikalılarla qarşılaşma Londonda baş tutacaq. Matçı qəbul edəcək stadionun adına isə hələ ki, aydınlıq gəlməyib.
Qeyd edək ki, Rubinlə Karlsonun qarşılaşacağı komandanın heyətində Mixael Essyen və Saley Muntari kimi ulduzlar oynayır.

0
0