“İspanlar bizi ciddi rəqib kimi qəbul etməyəcəklər”
12.04.2010 - 23:01
“Gündə bir dəfə məşq edirik. Ayın 18-də AFFA-nın Futbol akademiyasında təlim-məşq toplanışına yığışacağıq. İki gün sonra yola düşəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun üzvü Vitali Borisov deyib.
Millimizin də şərəfini qoruyan Borisov “Dördlər finalı”ndakı rəqibləri Avropa çempionatındakı komandalarla müqayisə edib. O, dünyanın ən güclü komandasına qarşı oynayacaqlarını sözlərinə əlavə edib: “Avropa çempionatındakı kimi güclü rəqiblərlə qarşılaşacağıq. Bəxtimizdən yarımfinalda dünyanın ən güclü komandası düşüb. UEFA kubokunun son qalibidirlər. Mən bilən 2-3 il UEFA kubokunun qalibi olub. Yarımfinalda qarşılaşacağımız “İntervyu” komandasında İspaniya millisinin 6 üzvü forma geyinir. Həmçinin, 4 braziliyalı futbolçuları var. Bir sözlə çox güclü komandadır”.
İspaniya təmsilçisinin UEFA kubokunun favoriti hesab olduğunu deyən gənc futzalçı bunun komandamıza üstünlük qazandırdığını bildirib. O həmçinin rəqibin oyunlarını internet vasitəsilə təhlil etdiyini gizlətməyib: “Onlar UEFA kubokun əsas favoriti hesab olunurlar. Bu da bizim üçün üstünlük hesab olunmalıdır. Çünki bizi ciddi rəqib kimi qəbul etməyəcəklər. Bundan yetərincə yararlanmalıyıq. Portuqaliyaya uduzmağa getmirik. İlk dəfədir “dördlər finalı”nda iştirak edəcəyik. İstənilən nəticə bizim üçün böyük uğur sayılacaq. İnternet vasitəsilə rəqibin oyunlarına baxıb analizlər aparıram. Məşqçimiz bizə deyib ki, təlim-məşq toplanışında hər gün rəqibin oyunlarına baxıb təhlillər aparacağıq”.

0
0