“Heyəti müəyyən etmək üçün “Neftçi” ilə yoldaşlıq oyunu keçirəcəyik”
13.04.2010 - 09:35
“Heyəti müəyyən etmək üçün “Neftçi” ilə yoldaşlıq oyunu keçirəcəyik”
“Biz əsasən texniki-taktiki hazırlıq üzərində işləyəcəyik. Bu gün “Neftçi”nin 17 yaşlılardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

Aprelin 18-dək Bakı şəhərində təlim-məşq toplanışı keçəcək yığmamızın 43 yaşlı çalışdırıcısı hazırlıqlarla bağlı fikirlərini açıqlayıb. Həsənov AFFA-nın internet saytına verdiyi açıqlamada yeni yaranan komandada hansı işlərin görülməsinin vacibliyini vurğulayıb: “Çünki Gürcüstanla oyundan əvvəl bizə bəzi taktiki gedişləri hazırlamaq lazımdır. Heyəti müəyyənləşdirmək üçün “Neftçi” ilə yoldaşlıq oyunu keçirəcəyik. Ondan sonra proqram əsasında texniki və taktiki hazırlıq üzərində işləyəcəyik. Çalışacağıq ki, bunları təkmilləşdirək, oyuna tam hazır vəziyyətdə çıxaq”.

Qeyd edək ki, U-16 Sağan Olimpiya Kompleksində hazırlıq keçir.