FİFA AFFA rəsmilərini İsveçrəyə çağırdı
13.04.2010 - 09:38
AFFA nümayəndələri FİFA-nın dəvəti ilə İsveçrəyə gediblər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2012-ci ildə 17 yaşlı qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar FİFA-nın Sürixdəki mənzil-qərargahına yollanıb. Səfərə çıxanlar arasında Məmmədovla yanaşı, AFFA-nın hüquqşünası Rəmiş Maliyev, Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev və beynəlxalq departamentin mütəxəssisi Könül Mehdiyeva var.
0
0