Messinin komanda yoldaşları Azərbaycana qarşı
13.04.2010 - 09:42
Messinin komanda yoldaşları Azərbaycana qarşı
19 yaşadək futbolçulardan ibarət İspaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raundunda Azərbaycan millisinin rəqibi olan pireneylilər Türkiyədəki turnirə 18 futbolçu ilə yollanacaq.

Əskişəhərdə komandamızla yanaşı, Norveç və meydan sahibləri ilə də görüşəcək ispanların baş məşqçisi Luis Milla heyətə “Barselona”nın 7 futbolçusunu dəvət edib. Maraqlıdır ki, rəqibimizin heyətində İngiltərənin “Liverpul” klubunda legioner həyatı yaşayan oyunçu da yer alıb: Aytor Fernandes (“Atletik”), Xorxe Pulido (“Atletiko”), Alexandro Sançes, Martin Montoya, Karles Planas, Mark Bartra, Ruben Roxina, Oriol Romeu, Tyaqo Alkantara (hamısı “Barselona”), Huqo Malyo (“Selta”), Kristian Telyo, Oskar Sielva (hər ikisi “Espanyol”), Fransisko Fermenia (“Herkules”), Daniel Paşeko (“Liverpul”, İngiltərə), Rodriqo Moreno (“Real”), Serxio Qontan (“Valyadolid”), Ramiro Mayor (“Saraqosa”), İsko (“Valensiya”).

Qeyd edək ki, Azərbaycan – İspaniya oyunu aprelin 19-da keçiriləcək.