“Bakı” - “Qalatasaray” görüşünün vaxtı bəlli oldu
13.04.2010 - 09:56
“Bakı” klubunun Astanada keçiriləcək “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirdə rəqibləri və oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi B qrupunda Moskva MOİK-i, Türkiyənin “Qalatasaray” və Serbiyanın 17 yaşlılardan ibarət komandası (U-17) ilə bir qrupda yer alıb.
Komandamız ilk oyunu aprelin 26-da Bakı vaxtı ilə saat 10:00-da serblərlə keçirəcək. Ertəsi həmin saatda böyük maraqla gözlənilən “Bakı” – “Qalatasaray” görüşü başlayacaq. Nəhayət, qrupda son oyunumuzu Bakı vaxtı ilə saat 08:00-da MOİK-lə keçirəcəyik.
Astanada “Astana Arena”da keçiriləcək turnirin qrup mərhələsinin oyunları başa çatdıqdan sonra növbəti rəqibimiz müəyyənləşəcək. Belə ki, “Bakı” qrupda hansı yer tutmasından asılı olaraq aprelin 30-da 1-ci, 3-cü, 5-ci və ya 7-ci yer uğrunda oyuna çıxacaq. Final görüşündən sonra bağlanış paradı keçiriləcək.
Qeyd edək ki, A qrupunda təşkilatçıların “Tsesna-94”, Rusiyanın “Zenit”, Özbəkistanın “Bunedkor” və Koreyanın SUAR-94 komandası yer alıb.

0
0