Berti Foqts “Oberforsthof”da
13.04.2010 - 10:19
Azərbaycan milli komandasının Avstriyada qalacağı məkan dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 3-dək Mərkəzi Avropa ölkəsində təlim-məşq toplanışı keçirəcək Berti Foqtsun yetirmələrinin məskunlaşacağı yer müəyyənləşib. Komandamız toplanış zamanı Sent-Yohan-Alpendorf şəhərində qalacaq. Foqts və yetirmələri bu müddətdə 5 ulduzlu “Oberforsthof” otelində yaşayacaq.
0
0