Azərbaycanlı hakimi Lixtenşteynə göndərdilər
13.04.2010 - 12:44
Azərbaycanlı FİFA hakimi Orxan Məmmədov yeni təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 25 yaşlı ədalət təmsilçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək. Yarışda baş hakim köməkçilərindən biri olacaq Məmmədovun hansı qarşılaşmalara təyinat alacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, final mərhələsi mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Yarışın qrup mərhələsində Fransa, İspaniya, Portuqaliya və İsveçrə A, Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları isə B qrupunda çıxış edəcək

0
0