Futbol yığmamız sabah Türkiyə ilə qarşılaşacaq
13.04.2010 - 13:57
Sabah 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun oyunlarına start verilir. Apasport.az saytının məlumatına görə, IV qrupda mübarizə aparacaq Azərbaycan yığması da ilk sınağına çərşənbə günü çıxacaq.
Bernard Lippertin yetirmələri Türkiyədə keçirilən mini turnirdə qrup qalibi olmağa çalışacaq. Yalnız birinci yerlərin finala çıxdığı elit-raundda futbolçularımız meydan sahibləri, Norveç, İspaniya ilə görüşəcək. Sabahkı görüşdəki ilk rəqib Türkiyə yığmasıdır. Qonşuların görüşünü 33 yaşlı fransalı Antoni Qautiyer idarə edəcək.
Qeyd edək ki, bu qrupda baş tutacaq ilk turun digər İspaniya – Norveç matçı da eyni saatda, Bakı vaxtı ilə 18:00-da başlayacaq.
14 aprel
18:00. Türkiyə - Azərbaycan
Baş hakim: Antoni Qautier (Fransa)
Əskişəhər (Türkiyə). Atatürk stadionu

0
0