Aslan Kərimov: “Neftçi” gözümə yaxşı görünmür
13.04.2010 - 14:40
“Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər bizdən küsmüşdü. "Neftçi"yə qarşı Quzanlıda keçirdiyimiz oyunu qələbə ilə başa vurub onları sevindirdik. Əlbəttə ki, qələbəmizdə azarkeşlərin əməyi oldu. Bizim Ağdama hər gedişimiz bayram əhval ruhiyyəsi yaradır”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun kapitanı Aslan Kərimov deyib.
36 yaşlı yarımmüdafiəçi "Neftçi"yə qarşı oyunda start heyətində çıxış edib. Kərimov "Neftçi"nin bir neçə əsas üzvünün oyunu kənardan izləməsinin "Qarabağ"ın xeyrinə olduğunu gizlətməyib: “Rail Məlikov və Valeri Abramidze bu oyunda meydançaya çıxmamışdı. Ümumiyyətlə, "Neftçi" gözümə yaxşı görünmür. Həmin oyunda Zaur Tağızadənin meydançaya qayıtması məni sevindirdi. Amma 5-6 aydır kənarda qalan Zaura yaxşı oynamaq üçün vaxt lazımdır”.
Kərimovun fikrincə, sonuncu turdakı nəticələr çempionatda mübarizəni qızışdırıb: "Xəzər Lənkəran" "Bakı"nı məğlub etsəydi, əksər suallara aydınlıq gələ bilərdi. Nəticənin "Bakı"nın xeyrinə olması, çempionatda mübarizənin davam etməsinə zəmin yaratdı. Biz qismən özümüzə gəlmişik. Məncə, belə davam etsək, medalçılar sırasına düşəcəyik. Ümumiyyətlə, bütün suallara bir növ sonuncu turda aydınlıq gələcək".

0
0