“Messinin mənimlə müqayisə olunmasına hələ çox var”
13.04.2010 - 15:33
İspaniyanın “Barselona” klubundakı oyunu ilə milyonların rəğbətini qazanan Lionel Messinin belə şöhrət qazanmasına məşhur Pele də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı “Futbol kralı” Messinin göylərə qaldırılmasının hələ tez olduğunu düşünür.
Pelenin fikrincə, argentinalının onunla müqayisə olunmasına hələ çox var: “Argentinalılar həmişə öz oyunçularından birini mənimlə müqayisə etməyə çalışırlar. Mən isə onlara bir məsləhət verirəm: Əvvəl öz aranızda ən yaxşının kim olduğunu müəyyənləşdirin, sonra gözləyin ki, 1000 qol vursun. Bundan sonra danışarıq”.
Messinin istedadına şübhə etməyən Pele onun yığmadakı oyunundan narazıdır: “Mən hələ 3 il əvvəl Messinin “Qızıl top” alacağını demişdim. Həmin il bunu bacarmayan argentinalı sonradan arzusuna çatdı. Lionel həqiqətən də dahi futbolçudur və “Barselona”da əla oynayır. Amma yığmada hələ də özünü göstərə bilməyib. Ümid edirəm ki, dünya çempionatında bunu bacarar”.

0
0