Superliqadan təklif alan Ponomaryov qızına görə problemlə üzləşib
13.04.2010 - 15:42
Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Bu haqda apasport.az saytına 28 yaşlı futbolçunun özü məlumat verib.
Həmyerlimiz cari mövsümdən Türkiyədə birinci liqa təmsilçisi “Orduspor”da forma geyinir. Kubokda “Trabzonspor”la görüşlərdə özünü yaxşı tərəfdən göstərən Ponomaryov daha güclü klubda, Superliqada çıxış etmək istəyir: “Superliqadan təklif almışam. Hələlik “Orduspor”la bir illik müqaviləm var. Əlbəttə, Superliqada oynamaq çox yaxşı olardı. Bunun reallaşmasını çox istəyirəm. Hələlik ad açıqlaya bilmərəm. Mənə təklif göndərən komandanın gücünü qiymətləndirmək istəmirəm”.
Hazırkı klubunda hər şeydən razı qaldığını bildirən Ponomaryov yeganə probleminə də toxunub. Belə ki, ailəsinin yanında olmaması futbolçuya çətinlik yaradır: “Yeganə problem odur ki, ailəmi yanıma gətirə bilmirəm. Qızım məktəbə gedir, Ordu şəhərində isə ingilis dilli məktəb yoxdur”.

0
0