Nadirov: ...komanda yoldaşlarım məni topla təmin etmirlər
13.04.2010 - 15:46
“Deməzdim ki, komanda yoldaşlarım məni topla təmin etmirlər. Biz kollektiv oyuna üstünlük veririk. Bir nəfər zəif oynayan kimi, bu, bütün komandaya sirayət edir. O ki, qaldı qol vura bilməməyimə, bu suala cavab vermək çətindir”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.
Cari mövsümdə 2 dəfə rəqib qapısına yol tapan gənc hücumçu ötən ilin noyabr ayının 27-də XII tur çərçivəsində “Turan”la oyunda dubl edib. O gündən indiyədək fərqlənə bilməyən Nadirovun bunun səbəbini bilmir: “Vallah nə deyim? Səbəbini özüm də bilmirəm. Yarımmüdafiə xətti məni yetərincə topla təmin edir. Gəl ki, bəxtim gətirmir. Futboldur, elə olur adi epizodu dəyərləndirə bilmirsən, elə də olur ki, uzaqdan vurursan qol olur. Sözün düzü, fərqlənən bilməməyimi meydançaların durumu ilə də əlaqələndirmək olar. Əgər yaxşı meydanlarda oynasaq, asanlıqla qol vuraram”.
Millimizin üzvü zədəsi ilə bağlı sualımızı da cavablandıraraq məşqlərə başlamadığını bildirdi: “Bir neçə gün idi ayağım gipsdə idi. Sağ ayaq barmağım çatlamışdı. Məşqlərə nə vaxt başlayacağım dəqiq bilinmir. Hələlik trenajor zalında məşqlərlə kifayətlənirəm. Məhz zədəli olduğum üçün milli komandanın heyətindən çıxartdılar. Millinin aprelin 19-dan 22-dək seleksiya xarakterli məşqlərinə qədər tam sağalacağım da dəqiq deyil”.

0
0