Ponomaryov: Məni istəmədiyim yerlərə soxurlar - MÜSAHİBƏ
13.04.2010 - 17:07
Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryovun apasport.az saytına müsahibəsi
- İl yarımlıq fasilədən sonra milli komandadan dəvət aldınız. Yığmamızın gələn həftə seleksiya xarakteri daşıyan təlim-məşq toplanışına hansı əhval-ruhiyyədə gələcəksiniz?
- Yenidən milli komandanın düşərgəsində olmaq məndə xoş hisslər oyadacaq. Köhnə tanışlar, futbolçular, məşqçilərlə görüşmək xoş və maraqlı olacaq.
- Seleksiya prosesində baş məşqçi Berti Foqtsun etimadını qazana biləcəksinizmi?
- Niyə də yox? Əlbəttə, bu haqda düşünürəm. Bilirəm ki, yaxşı futbolçuyam və hələ çox şey göstərə bilərəm. Ümid edirəm ki, məni çağırmaqda düz etdiyini Foqtsa sübut edəcəyəm.
- Milli komandaya qayıdacağınızı gözləyirdiniz...
- Əlbəttə ki. Çünki əvvəllər milli komandamızda az oynamamışam və mənə diqqət verməli idilər. Artıq Türkiyə çempionatında daim oymayıram və yığmaya çağırmağın vaxtıdır.
- Milli komandamızın son vaxtlar uğurlu alınan oyunları sizdə hansı təəssürat oyadıb?
- Açığı, həmin görüşləri izləməsəm də, nəticələrdən məlumatım var. Bilirəm ki, Rusiya yığması ilə Bakıdakı oyundan sonra çoxunda qələbə qazanmışıq. Ruslarla 1:1 hesabı ilə nəticələnən görüşü izləmişəm və deyə bilərəm ki, həmin oyunu yaxşı oynadı. Yığmanın indiki durumu haqda mənə bir şey demək çətindir. Gələrik, nəyin necə olduğunu görərik.
- Sizcə, Türkiyənin birinci liqası vaxtilə oynadığınız Azərbaycan çempionatının güclülər dəstəsindən səviyyəcə yüksəkdir?
- İndi nə Azərbaycan, nə Türkiyə çempionatı haqda pis şey demək istəyirəm. Sadəcə, hesab edirəm ki, Türkiyədə futbol daha çox inkişaf edib. Hansı çempionatın güclü olmasına, qoy mütəxəssislər qiymət versin.
- Bildiyimizə görə, “Orduspor”da hücumçu kimi oyununuz daha yaxşı alınır. Atanız İqor Ponomaryov da sizin milli komandada yarımmüdafiədə yox, ön xətdə oynamağınızı Foqtsa tövsiyə edib...
- Meydanda əsl yerim hücumdur. Ancaq məni yaxşı futbolçu hesab edən məşqçilər komandaya fayda vermədiyim, istəmədiyim yerlərə soxurlar. Yarımmüdafiənin cinahında futbolçu yoxdur, ora atırlar, mərkəzdə problemlər var, ora qoyurlar. Əslində, doğma mövqeyim hücumdur. Məhz orada oyunum yaxşı alınır. Elə “Orduspor”da da hücumla yanaşı, yarımmüdafiənin mərkəzində və cinahında oynamışam. Məni problemli yerdə oynadırlar və tez-tez mövqe dəyişikliyi problem yaradır. Əlbəttə, həmişə hücumçu oynamaq istəyirəm. Ancaq məşqçilər həmişə deyir ki, “sən yaxşı futbolçusan, orda-burda oynaya bilərsən, bizə başqa mövqelərdə də lazımsan”. Bu isə mənə rahat deyil.
- Birdən Foqts da sizi öz istədiyi mövqedə oynatsa, bu, sizə problem yaratmayacaq ki?
- Yox. Heç vaxt problem yaratmaram. Harada oynamalı olduğumu məşqçi daha yaxşı bilər. Ancaq özümü hücumda daha yaxşı hiss edirəm.
- Cari mövsümdən Türkiyədə oynayırsınız. “Orduspor”da işlərinizdən nə dərəcədə razısınız?
- İşlərim yaxşıdır. Komandamız qış fasiləsində 7-8 transfer edib. Öz oyunçuları elə də güclü deyil. Yalnız mən və bir başqa futbolçu daim əsas heyətdə oynayır. Qışda bizim gəlişimizdən sonra “Orduspor” yaxşı çıxış etməyə başladı. Bizim vaxtda 11 oyuna 22 xal yığmışıq. Mən gələnədək isə 19 görüşdə 17 xal toplamışdı. Fərq göz qabağındadır. Əlbəttə, hamı gəlişimə müsbət baxır.
- Ancaq siz “Orduspor”da cəmi 1 qol vurmusunuz. Bu isə hücumçu üçün çox aşağı göstəricidir...
- Bəli, bunu başa düşürəm. Mən gələn kimi hücumda oynadım. “Trabzonspor”la kubok oyununda yaxşı çıxış etdim. “Qaziantepspor”la görüşdə də hücumçu kimi yaxşı oynadım, qol vurdum. Ancaq sonradan cinahlarda problem yarandı. Baş məşqçi də məni ora qoydu. Son üç görüşdə isə yarımmüdafiənin mərkəzində problemlərimiz yaranıb, indi də bu mövqedə çıxış edirəm. Göründüyü ki, hücumçu kimi cəmi 2 oyun oynamış, bunun 1-də qol vurmuşam.
- Türkiyədə dil, ünsiyyət qurmaq baxımından probleminiz yaranır?
- Bəli. Bu səbəbdən mənimlə maraqlanan Türkiyə Superliqa klubu agentimlə danışır. Mənə türkcə danışmaq hələ çətindir.
- Heç olmasa, türkcə danışılanları başa düşürsünüz?
- Az da olsa, yavaş-yavaş anlamağa başlayıram.

0
0