Runinin “Real” “transferi” Ferqyussonu dilə gətirdi
16.04.2010 - 17:08
Runinin “Real” “transferi” Ferqyussonu dilə gətirdi
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson Ueyn Runinin “Real”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, şotland çalışdırıcı futbolçunun Madrid təmsilçisinə transfer olunacağı barədə iddiaları axmaqlıq kimi xarakterizə edib.

“Belə söhbətlər mövsümün sonunda həmişə olur. Runi növbəti mövsümdə də “Mançester Yunayted”in heyətində olacaq. Burada gözəl komanda formalaşıb. Klubdan ola bilər ki, yalnız 1-2 futbolçunu ilə yollarımızı ayıraq” – deyə Ferqyusson bildirib.

Qeyd edək ki, “qırmızı şeytanlar”ın heyətində əla mövsüm keçirən Runi İngiltərə çempionatında bombardirlər siyahısına başçılıq edir. O, bu mövsüm rəqib qapısından 26 qol keçirib.