Hurtiç “Turan”a qalib gəlməyin yolunu bilir
16.04.2010 - 17:15
Hurtiç “Turan”a qalib gəlməyin yolunu bilir
“Turan”la oyun bizim üçün çox önəmlidir. Komandamız qələbə üçün maksimum səy göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan”ın baş məşqçisi Almir Hurtiç klubunun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə aparan “Muğan” Unibank Premyer Liqasının növbəti turunda aprelin 18-də “Turan”ı qəbul edəcək. Turnir cədvəlində 3 xal geri qaldığı rəqibi ilə oyuna hazırlığın Bakı mərhələsini başa vuran komanda bu gün Salyana yola düşüb. Son hazırlığı görüşün baş tutacağı Olimpiya İdman Kompleksinin stadionda keçəcək bosniyalı çalışdırıcı qələbə qazanmağın yolunu göstərib: “Hər şey özümüzdən asılıdır. Səhvsiz oynasaq, 3 xalı əldə edə bilərik. Düşünürəm ki, çox gərgin və maraqlı bir oyun izləyəcəyik”.