“Qalatasaray”ın stadionu satıldı
16.04.2010 - 18:04
Türkiyənin Daşınmaz Əmlak İdarəsi (TOKİ) “Əli Sami Yen” stadionunu tenderə çıxarıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, açıq satışa “Nurol Aşçıoğlu” Müştərək Fəaliyyət Qrupu və “Özyazıçı İnşaat” şirkəti qatılıb.
Gərgin mübarizə nəticəsində “Nurol Aşçıoğlu” Müştərək Fəaliyyət Qrupu Şirkətə 416 milyon 500 min lirə təklif edib. “Özyazıçı İnşaat” şirkəti bir qədər düşündükdən sonra tenderdən çəkilib. Nəticədə “Əli Sami Yen” stadionu “Nurol Aşçıoğlu”nun olub.

0
0