“Rəqib qapımız qarşısında real qol şansı yarada bilmədi”
16.04.2010 - 21:22
“Türkiyə ilə oyunla müqayisədə bu qarşılaşmaya daha yaxşı başladıq. Təəssüf ki, rəqibi az təzyiq altında saxladıq. Bu, heç də təəccüblü deyil”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Benard Lippert deyib.
Avropa çempionatının elit-raundu çərçivəsində bu gün Norveçlə oyundan (1:1) sonra fikirlərini bildirən alman çalışdırıcı bildirib ki, ümumi nəticədən razı qalıb: “Futbolçular arasındakı anlaşılmazlıq qapımıza qol vurulması ilə nəticələndi. Əslində, rəqib qapımız qarşısında real qol şansı yarada bilməmişdi. Nəticəyə görə birinci hissədən sonra çox narazı idik. Futbolçularımı təbrik edirəm ki, oyunda dönüş yaratmağı bacardılar, hətta hesabda önə də keçə bilərdik. Rəqib komandalardakı futbolçuların orta yaş həddini və buna müvafiq fiziki hazırlığını nəzərə alsaq, ümumi nəticədən razı qala bilərik”.

0
0