Foqts futbolçularımızın fiziki hazırlığından razı qalıb
16.04.2010 - 21:32
“Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Komandamız fiziki cəhətdən oyuna hazır idi”. Apasport.az saytının xəbərinə görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Bu gün “Şəfa” stadionunda Azərbaycanın və Gürcüstanın 16 yaşlılardan ibarət yığmalarının yoldaşlıq oyununu izləyən alman çalışdırıcı AFFA-nın rəsmi internet saytına açıqlamasında belə yoxlama görüşlərinin faydasından danışıb: “Bunun məntiqi nəticəsi kimi son dəqiqədə qələbə qolunu vurduq. Belə yoldaşlıq görüşlərinin tez-tez keçirilməsi uşaq futbolunun inkişafı yönündə atılan böyük addımdır. Bunu həyata keçirən AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm”.

0
0