Milli komandamız Gürcüstan yığmasını məğlub etdi
16.04.2010 - 21:28
Milli komandamız Gürcüstan yığmasını məğlub etdi
Aprelin 12-dən təlim-məşq toplanışı keçən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, komandamız “Şəfa” stadionunda gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyununda 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın yeganə qolunu Namiq Ələsgərov vurub.