Azərbaycan çempionatında poker
16.04.2010 - 23:01
Azərbaycan çempionatında poker
Unibank Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXVIII turun oyunları baş tutub. Apasport.az saytının xəbərinə görə, baş tutan dörd qarşılaşmanın hamısında qonaqlar qələbə qazanıb. Yevlaxda keçirilmiş “Karvan” – “Turan” görüşündə isə darmadağın qeydə alınıb. Tovuzluların 5:0 hesabı ilə qələbə qazandığı görüşdə Fərmayıl Əliyev poker edib.

"Qəbələ" - "Qarabağ" - 1:2
Nicat Gülməmmədov, 90+4 (p.) - Emin Mustafayev, 40; Röyal Nəcəfov, 51

"Standard" - "Xəzər Lənkəran" - 0:1
Amid Hüseynov, 60

"Karvan" - "Turan" - 0:5
Fərmayıl Əliyev, 35; 45; 74; 77; Rəşad Piriyev, 90+1

"Simurq" - "Olimpik-Şüvəlan" - 0:2
Rasif Səfiyarov, 29; Elgün Abbaslı, 73