Fabio Kapello “Real”a dönür!
16.04.2010 - 23:16
Fabio Kapello “Real”a dönür!
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello yayda CAR-da keçiriləcək dünya çempionatının ardından "Real"ın "sükanı arxasına" keçəcək. Apasport.az saytının İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbərinə görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres Kapellonu geri qaytarmağı planlaşdırır.

Xatırladaq ki, 1997 və 2007-ci illərdə "Real"a rəhbərlik edən italiyalı çalışdırıcı hər iki halda "Kral klubu"nu çempion etməyi bacarıb.