“Qarabağ”ın Quzanlıda uduzmadığını bilirik”
16.04.2010 - 23:32
“Qarabağ”ın Quzanlıda uduzmadığını bilirik”
“Son turda “Xəzər Lənkəran”a qarşı oyunda mühüm qələbə qazandıq. Bu səbəbdən hazırda komandamızda çox gözəl ab-hava hökm sürür. Həftə boyunca hazırlığımız da yüksək səviyyədə keçdi. Sevindirici haldır ki, heyətlə bağlı heç bir problemimiz yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçer deyib.

Paytaxtın eyniadlı komandası bu gün Unibank Premyer Liqasının XXVIII turunda Ağdamda “Qarabağ”ın qonağı olacaq. Bu görüşlə bağlı fikirlərini klubun saytına fikirlərini bildirən türk çalışdırıcı qələbə qazanmaq iddiasındadır: “Qarabağ” güclü rəqibdir. Bilirəm ki, komanda bu vaxta qədər Quzanlıda məğlub olmayıb. Amma hər şeyin bir sonu var. Bizim məqsədimiz Bakıya 3 xalla dönməkdir. Bunu bacaracağımız halda, çempionluq uğrunda iddiamızı bir daha sübuta yetirəcəyik”.