“Qarabağ” güclü rəqibdir, amma biz də zəif deyilik”
16.04.2010 - 23:38
“Bizi çətin oyun gözləyir. “Qarabağ”ın heyətində güclü futbolçular var. Amma biz də zəif deyilik”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Adnan Bərəkət deyib.
Unibank Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq bakılıların holland legioneri 3 xal qazanacaqlarına inandığını söyləyib: “Komandamızın qarşısına çempion olmaq tapşırığı qoyulub. Bunun öhdəsindən gələcəyimizə inanıram. Bunun üçün də qələbə qazanıb, zirvəyə bir qədər də yaxınlaşmalıyıq”.
“Bakı”nın digər legioneri Gürşat Duymuş da bu günkü oyunla bağlı klubun saytına açıqlama verib: “Son turda “Xəzər Lənkəran” üzərində gözəl qələbə qazandıq. İndi bizi çox çətin oyun gözləyir. Şübhə etmirəm ki, “Qarabağ”la oyun mövsümdəki ən ağır qarşılaşmalardan biri olacaq. Rəqib çox güclüdür. Amma mən bizim komandanın gücünə arxayınam. Düşünürəm ki, Ağdamdan 3 xalla dönə bilsək, çempionluğa ən real namizəd olacağıq”.

0
0