Daha bir azərbaycanlı futbolçunu Rusiya Premyer Liqasına göndərirlər
17.04.2010 - 10:48
Daha bir azərbaycanlı futbolçunu Rusiya Premyer Liqasına göndərirlər
“Qalatasaray” klubundan ayrılacağı gözlənilən Sərvət Çətin Rusiya Premyer Liqasında oynaya bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, əslən azərbaycanlı futbolçu Moskva MOİK-nə transfer olunacaq. 3 il əvvəl “Sivasspor”dan alınan və 29 yaşlı müdafiəçinin transfer qiyməti 3 milyon avrodur.

Sərvət bir müddət öncə Fransanın “Marsel” klubuna keçməli idi. Lakin onun transferi fransız klubunun prezidentinin ölməsi səbəbindən reallaşmamışdı.

Qeyd edək ki, həmyerlimiz Mahir Şükürov da Rusiya Premyer Liqasında oynayır. Yığmamızın üzvü Mahaçqalanın “Anji” klubunun şərəfini qoruyur.