Qyoko Hacıyevski Azərbaycandan getdi
17.04.2010 - 12:42
Qyoko Hacıyevski Azərbaycandan getdi
Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Qyoko Hacıyevski Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis vətəni Makedoniyaya qayıdıb.

Hacıyevskinin səfərinin futbolla heç bir əlaqəsi yoxdur. O, sadəcə yeni iş yeri barəsində ailəsinə məlumat vermək və şəxsi işlərini qaydasına qoymaq üçün ölkəsinə gedib. 1 həftədən sonra Zaqatalaya qayıdıb, işini davam etdirəcək.

Azərbaycana qayıtdıqdan sonra Hacıyevskinin “Simurq” rəhbərliyinin tapşırığı ilə Xorvatiyaya səfərə çıxacağı gözlənilir.

Qeyd edək ki, makedoniyalı mütəxəssis növbəti mövsümdən "Simurq"un baş məşqçisi postunda çalışacaq. O, dörd ildir "Simurq"a rəhbərlik edən ukraynalı Roman Pokoranı əvəzləyəcək.