AFFA-nın I vitse-prezidenti: Belə turnirlərin keçirilməsi təqdirəlayiq haldır
17.04.2010 - 12:54
“Məktəbli uşaqlar arasında turnirlərin keçirilməsi təqdirəlayiq haldır. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” na uyğun olaraq futbolun təbliğinin artırılması məqsədi ilə bu tipli yarışlar mütəmadi keçiriləcək”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.
AFFA, Təhsil Nazirliyi, “Azercell” və Səbayel rayon icra hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku”nun final oyunundan sonra Əliyev bildirib ki, belə yarışların ölkənin bütün rayonlarında və yekunda respublika üzrə keçirilməsinə çalışacaqlar: “Layihə öncə Səbayel rayonunu əhatə etdi. Bu cür yarışların ölkənin bütün rayonlarında və yekunda respublika üzrə keçirilməsinə çalışacağıq. Bu addım respublikada futbolun kütləviləşməsinə nail olmaqla uşaqlarda futbola marağı artacaq”.
Mənbə: affa.az

0
0