Cüneyt Biçər: “Neftçi” ilə oyunda da 3 xal qazanmaq fikrindəyik
20.04.2010 - 10:18
“Bülənt Korkmazdan sonra baş məşqçi postuna keçmək riskli idi. Lakin mən Azərbaycanda olduğum müddətdə komandaya bələd olmuşdum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
35 yaşlı türkiyəli mütəxəssis Unibank Premyer Liqasının XXVIII turunda “Qarabağ” üzərindəki 4:1 hesablı səfər qələbəsindən sonra vətənində də diqqət mərkəzinə düşüb. Əslən izmirli olan Biçər türk həmkarlarımıza verdiyi açıqlamada riskli işin altına girdiyini bildirib: “Klubun aşağı yaş qruplarında gördüyümüz işlər bizə olan inamı artırdı və əsas komandaya rəhbərlik etmək təklif olundu. Bu işin öhdəsindən layiqincə gəlmək üçün bacardığımız hər şeyi edirik. Son turda möhtəşəm bir qələbə qazandıq. Lakin 4:1 hesabına aldanmaq lazım deyil. Çünki oyun çox çətin keçdi. Bundan bir həftə əvvəl 5 ildir məğlub edə bilmədiyimiz “Xəzər-Lənkəran”ı udmuşduq. “Qarabağ” öz meydanında bizə qədər uduzmurdu. Çempionluq mübarizəsində hər oyuna 3 xal üçün çıxacağımızı söz vermişdik. “Neftçi” ilə səfər qarşılaşmasından da 3 xal qazanmaq fikrindəyik. Bu komandaya ruh yüksəkliyi gətirəcək”.
Qeyd edək ki, Biçər ötən ilin oktyabrından “Bakı”da çalışır.

0
0