AFFA “Access Bank”la müqavilə bağlayır
20.04.2010 - 10:26
AFFA “Access Bank”la müqavilə bağlayır
Ölkəmizdə futbolun inkişafının gücləndirilməsi məqsədilə AFFA ilə əməkdaşlıq edən sponsorların siyahısında dəyişiklik baş verib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, “Access Bank” da qurumun tərəfdaşları sırasına qoşulub.

Tərəflər arasında aparılan danışıqlar nəticəsində Azərbaycan futboluna daha bir sponsorun cəlb olunacağı məlum olsa da, AFFA və “Access Bank” arasında münasibətlər rəsmiləşməmişdi. Onlar arasında sponsorluq və əməkdaşlıq müqavilə aprelin 27-də, saat 19:00-da “Park İNN” otelində imzalanacaq.