Vaqif Cavadova Hollandiyada medal verilməyəcəyi rəsmiləşdi
20.04.2010 - 11:40
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun Hollandiya çempionatında medal qazanmayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun debüt etdiyi “Tvente”nin əvəzedici komandası “Sparta”ya məğlubiyyətdən sonra mükafatçılar sırasına düşmək şansını itirib.
Enshede təmsilçisi səfərdə 1:2 uduzmaqla, 1 pillədə geriləyib. 24 turdan sonra 34 xalla 8-ci pillədə qərarlaşan “Tvente”nin ikinci komandası son 2 matçda qələbə qazansa da, üçüncü yerə çata bilmir. Çünki 14 komandanın mübarizə apardığı əvəzedicilərin Erediviziyasının sonuna 2 tur qalmış üçüncü olan PSV ilə “Tvente” arasında xal fərqi 9-a qalxıb. Hərçənd, 24-cü tur ərəfəsində bu fərq 7-yə bərabər idi və qarşıda 3 tur qalmışdı. İndi Vaqifin komandasını medallardan məhrum edən “Sparta” 46, “Ayaks” 44 xalla çempionata liderlik edir.
Qeyd edək ki, Vaqifin debüt etdiyi əvəzedicilərdən fərqli, onun yalnız məşqlərinə qatıldığı əsas komanda ən azı gümüş medalı təmin edib.

0
0