Azərbaycanın ən titullu qapıçısı cəzalandırıldı
20.04.2010 - 11:55
Azərbaycanın ən titullu qapıçısı cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXVIII turunda qırmızı vərəqə alan Yevlaxın “Karvan” klubunun əcnəbi futbolçuları - Murad Hamrayevlə Ernani Pereyraya verilən cəza eyni olub.

Belə ki, bir oyunluq cəzalanan legionerlər klublarını hərəyə 200 manat ziyana salıb. “İnter” 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000, birinci divizion təmsilçisi ABN 6 oyunçusu sarı vərəqə aldığı üçün 100 manat cərimə ödəyəcək.

“Bakılı”nın qapıçısı Hüseyn Məhəmmədov birinci divizionun son turunda “Şahdağ”la görüşdə ikinci sarı vərəqə alaraq meydandan çıxan zaman rəqib komandanın baş məşqçisini təhqir etdiyi üçün 2 oyun cəzaya, klubu isə 200 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, karyerasında ilk dəfə birinci divizionda çıxış edən 36 yaşlı Hüseyn Azərbaycanın ən titullu qapıçısıdır.