Azərbaycan yığmasından mətbuat üçün açıq məşq
20.04.2010 - 12:24
Sabah Azərbaycan yığmasının açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın saat 10:45-də Zabrat qəsəbə stadionundakı hazırlıq prosesi mətbuat nümayəndələri izləməsinə icazə verəcəklər. Komandamızın dünəndən Bakıda başlayan təlim-məşq toplanışı seleksiya xarakteri daşıyır. Baş məşqçi Berti Foqts aprelin 22-dək onlarla hazırlıq keçəcək.
0
0