Azərbaycanın yeni FİFA agentləri - FOTO
20.04.2010 - 12:32
AFFA-da futbolçu agenti lisenziyası almaq üçün imtahan keçirilib. Apasport.az saytının məlumatına görə, 5 iştirakçıdan dördü imtahanı müvəffəqiyyətlə verib.
Bunlar Musa Qurbanov (19 bal), Səbuhi Səfiyarlı (18 bal), Vaqif Heydərli (18 bal) və Azad İsmayılovdur (14 bal). “Xəzər-Lənkəran”ın sabiq vitse-prezidenti Rəvan Bəşirov isə imtahandan keçməyib.
Qeyd edək ki, veteran futbolçumuz olan Qurbanov “Neftçi”də seleksiyaçı məşqçi kimi çalışıb. Səfiyarlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri, Heydərli isə “Olimpik”in meneceri olub.

0
0