“Mən “Karvan”a böyük ümidlərlə gəlmişdim, amma...”
20.04.2010 - 12:58
“Mən “Karvan”a böyük ümidlərlə gəlmişdim, amma...”
“Mən bu komandaya böyük ümidlərlə gəlmişdim. İstəyirdik ki, Yunis Hüseynova kömək edək. Təəssüf ki, biz I diviziona düşməyə real namizədik. Belə bir komandanın aşağı liqaya düşməsi məni təəssüfləndirir. Bizim hər cür şəraitə malik bazamız, stadionumuz var. Belə imkanı olan komandanın elitada oynamaması yaxşı hal deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan”" klubunun hücumçusu Xaqani Məmmədov deyib.

34 yaşlı futbolçu komandasının zəif çıxış etməsinin səbəbini də açıqlayıb: “Əgər bu heyət mövsümün əvvəlindən bir yerdə olsaydı, biz iddialı kollektiv olacaqdıq. Heyf ki, ikinci dövrədə yığışdıq. Uyğunlaşma prosesi vaxtımızı aldı”.

Qeyd edək ki, Xaqani Məmmədov müqavilə ilə "İnter"ə məxsusdur. O, "Karvan"da 6 aylıq icarə əsasında çıxış edir.