“Xəzər-Lənkəran” “İnter”lə oyunun hazırlığına başladı
20.04.2010 - 13:35
“Xəzər-Lənkəran” Unibank Premyer Liqasının növbəti turunda “İnter”lə keçirəcək oyunun hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, ötən tur “Qəbələ” ilə səfər oyunundan sonra Lənkərana qayıdan komanda gündə iki dəfə - səhər və axşam məşqinə çıxacaq. Cümə axşamı isə oyun öncəsi yalnız bir məşq nəzərdə tutulub.
Ağasəlim Mircavadovun rəhbərlik etdiyi məşqçilər korpusu komandanı yalnız qələbəyə kökləməyə çalışsa da, problemlərdən də qurtula bilmir. Belə ki, braziliyalı Juninyo Osvaldo ilə moldovalı Denis Kalinkovin zədə problemi qalmadadır. Əsas ciddi problem Osvaldonun hazırlığa qatıla bilməməyidir ki, bu da futbolçunun müalicə olunmaq məqsədilə vətəninə yollanmasıdır. Qəbələdəki görüşdə adı iştirak ərizəsində olan Denis isə tam gücü ilə məşq edə bilmir.
Qeyd edək ki, Xəzər-Lənkəran” “İnter”lə ev oyununu da ənənəvi olaraq saat 18:00-da başlayacaq.

0
0